"Barselona" 33 yaşlı futbolçunu transfer edir

11:45 - 23 Fevral 2019

"Barselona" mövsümün sonunda ilk transferini "Atletiko"dan reallaşdırmağı planlaşdırır.

 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, katalonlar mövsümün sonunda Madrid klubu ilə müqaviləsi başa çatacaq Filipe Luisi rənglərinə bağlayacaq. 33 yaşlı sol cinah müdafiəçisi "Atletiko" ilə müqaviləni uzatmaq istəmir. Xəbərə görə, Luis "Barselona"ya keçmək istəyir və bu transfer mövsümün sonunda reallaşacaq.

 

Qeyd edək ki, Filipe Luis cari mövsüm 20 oyuna 2 qol vurub, 2 assist edib.

Xəbər xətti