"Neftçi"də yeni müqavilə

14:27 - 23 Fevral 2019

"Neftçi”də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar" müdafiəçisi Tural Axundovla bu mövsümün sonunda bitməli olan müqavilənin müddətini 1 illiyə artırıb. 30 yaşlı müdafiəçi 2019/2020-ci illər mövsümünün sonunadək paytaxt klubunun formasını geyinəcək.

 

Qeyd edək ki, ötən yay "Sumqayıt"dan "Neftçi"yə keçən Tural Axundov bu mövsüm 18 oyunda meydana çıxıb.

Xəbər xətti