Tərlan Əhmədov: "Mən də istərdim ki, komandamda 300-400 minlik futbolçu olsun"

16:55 - 23 Fevral 2019

"Keşlə"nin  baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XVIII turunda "Qəbələ"ylə qolsuz bərabərliklə nəticələnən səfər matçından sonra mətbuat konfransı keçirib.

 

Sportal.az sport24.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb:

 

- Komandamın oyunundan razı qalıdm. Nəticə oyuna görə oldu. Qarşılaşmaya yaxşı köklənmişdik. Az səhvə yol verdik, rəqibi təzyiq altında saxlaya bildik. Ən böyük problemimiz ondadır ki, qol vəziyyətlərindən istifadə edə bilmirik. Hər oyundan oyuna inkişaf edərək nəyəsə nail olmağa çalışırıq. Hələ şansımız var.

 

 - Hər hissəyə fərqli tapşırıq olmuşdu?

- Həmişə hücum futbolunu xoşlamışam. Futbolun gözəlliyi qoldu. Demək olmaz ki, şanslarımız yalnız standart vəziyyətlərdən sonra yaranrdı. Başqa silahımız da var. Amil Yunanovun da özəllikləri var. Bildiyiniz kimi, Qəbələ dəniz səviyyəsindən hündürdü, adaptasiya 3 gün əvvəl olmalıdı. Futbolçularda oksigen çatışmazlığı var. İkinci hissədə 15 dəqiqə sonra hiss olundu ki, komandam "oturmuşdu". Məşqçinin hərdən əli meydançanın içinə çatmır. Hər halda, 1 xal da 1 xaldı.

 

- İlk hissədə bir epizoda görə çox aqressiv oldunuz və hətta baş hakim sizə yaxınlaşaraq iradlarını bildirdi...

- Heç bir qayda pozuntusunun olmadığını bildirdim. Elə bir aqressivlik yox idi ki, sarı vərəqə olsun. Sarı vərəqə limitiləri həddən artıq çoxdu. Futbolçularda istər-istəməz qorxu yaranır ki, bu da oyuna təsirini göstərir. Xoşladığımz futbol az fit, çox mübarizə olsun.

 

- Qış fasiləsindən sonra sizi ən çox nə razı salır, nə narazı?

- Düşünürəm ki, komandamız istədiyim futbolu oynayacaq. Qol epizodlarından yaralana bilmirik. Komandamızın qış fasiləsindən sonra daha çox mübarizə aparması, özünəinam yaranması məni sevindirir. Qalib gələ bilmirsə, bu, səhvimdi. Hər şeyi birdən həyata keçirmək olmur.

 

- "Keşlə"nin bu ilki hədəfi nədi?

- Hər birimiz istəyirik ki, yuxarı yerlər uğrunda mübarizə aparaq. Bəli, keçən il "Keşlə" kuboku qazanıb. Ancaq komandanın liderləri həmin vaxt uzaqlaşdırılıb. Gedənlərin yerini hələ dolrurmamışıq. Keçən ilki komanda kimi formalaşdırmağa çalışırıq. Ancaq zamanım yoxdu. Reallıqla danışaq ki, "Qarabağ" və "Neftçi" qədər büdcəmiz yoxdu. Mən də istərdim ki, komandamda 300-400 minlik futbolçu olsun. Elə futbolçular vardı ki, bizim şərtlər onları qane etmədi. 

Xəbər xətti