Sabiq "Sumqayıt"lı Region Liqasına yollandı

13:26 - 24 Fevral 2019

Region Liqasında çıxış edən "FC Baku" növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Şahin Əliyevi rənglərinə bağlayıb. 

 

"Sumqayıt"ın heyətində Premyer Liqa həyacanı yaşamış 24 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə bağlanılıb.

 

Şahin iki mövsüm əvvəl "Qarabağ"ın əvəzedicilərində ölkə çempionatının bombardiri olub. O, "Şüvəlan" və "Mil Muğan"da çıxış etməklə yanaşı, Türkiyə BAL Liqasında da oynayıb.

Xəbər xətti