"Ayaz Quliyev Ramildən fərqli olaraq, Rusiya millisində oynamaq istəyir"

14:34 - 24 Fevral 2019

Rusiya mətbuatında "Spartak"da çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyevdən bəhs edilən xəbər yazılıb.

 

Sportal.az eurofutbol.ru saytına istinadən xəbər verir ki, AFFA Quliyevə Azərbaycan vətəndaşlığını və yığmamızda çıxış etməyi təklif edib:

 

"Ayaz Quliyev Azərbaycan yığmasında çıxış edə bilər. Ramil Şeydayevdən sonra ona da vətəndaşlığını dəyişmək təklif olunub. Lakin Şeydayevdən fərqli olaraq, Ayaz Rusiya millisində oynamaq fikrindədir. Quliyevin "Spartak"dakı çıxışı onun Rusiya millisinə dəvət almasına kömək etməlidir".

 

Qeyd edək ki, Ayaz "Spartak"ın yetirməsidir. Quliyev bu ilin əvvəlində "Rostov"dan Moskva klubuna 1 milyon avro qarşılığında qayıtmışdı.

Xəbər xətti