Vüqar Nadirov "Baku"dan ayrıldı

15:32 - 24 Fevral 2019

Millimizin sabiq üzvü Vüqar Nadirov yeni qərar verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu Region Liqa təmsilçisi "Baku"dan ayrılıb. Nadirov mövsümün əvvəlində keçdiyi klubla müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

Qeyd edək ki, Vüqar Nadirov karyerası ərzində “Qarabağ”, “Karvan”, “Masallı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter”, "Səbail" kimi klublarda çıxış edib. Vüqar milli komandamızın heyətində 61 oyun keçirib.

Xəbər xətti