Məşhur futbolçu ABŞ-da klub aldı

10:40 - 25 Fevral 2019

İtaliya millisinin sabiq futbolçusu Alessandro Del Pyero sahibkarlıq fəaliyyətinə başlayıb.

 

Sportal.az xəbər verir ki, veteran futbolçu ABŞ-ın LA10 futbol klubunu alıb.

 

Bu komanda Kaliforniya ştatının Los-Anceles şəhərini təmsil edir. Del Pyero özünün təsisçilərindən biri olduğu “Edge Americas” şirkətinin tərəfdaşlığı ilə bu hüquqa yiyələnib. Lakin “Yuventus”un sabiq yarımmüdafiəçisi ötən ilin yayında aldığı LA10-nu məhz indi açıqlayıb. O, bunu klubun ötən mövsüm əldə etdiyi uğurla əlaqələndirib.

 

Qeyd edək ki, LA10 2018-ci ildə oynadığı liqanın məğlubiyyətsiz qalib olaraq, ABŞ-ın gücünə görə 3-cü liqası olan UPSL-a vəsiqə qazanıb.

Xəbər xətti