AFFA Tovuzda akademiya açır

21:51 - 25 Fevral 2019

AFFA Tovuzda futbol akademiyası açacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov CBC Sport kanalına açıqlamasında deyib: "Tovuzda uşaq futbolunun inkişafı ilə bağlı əlverişli şərait var. Buna görə də seçimimizi etdik. Artıq akademiyanın inşası üçün müvafiq əraziyə də baxmışıq. "Turan"ın rəsmiləri - Oqtay Abdullayev və Nadir Nəbiyevlə görüşümüz olub. Növbəti mövsümdən bunun fəaliyyətinin başlanması nəzərdə tutulub".

Xəbər xətti