Paşayev 90 dəqiqə oynadı, "Şaxtyor" qalib gəldi VİDEO

10:02 - 26 Fevral 2019

Ukrayna Premyer Liqasında 19-cu tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə Donetsk "Şaxtyor"u ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

 

Paşayev oyuna start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, turnir cədvəlinə 45 xalla "Şaxtyor"  başçılıq edir. "Dinamo" (Kiyev) 41 xalla 2-ci, "Aleksandriya" 36 xalla 3-cüdür.

 

 

 

Xəbər xətti