Millimizin elit-raunddakı oyunlarının saatı açıqlandı

14:52 - 26 Fevral 2019

19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının elit-raund mərhələsindəki oyunlarının başlama saatı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, 1-ci qrupda mübarizə aparacaq komandamızın hər 3 görüşü Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk iki matçını "Krasnodar" klubunun akademiyasının meydanında, son oyununu isə “Kuban” stadionunda keçirəcək.

 

Millimizin qrupda ilk oyunu martın 20-də Rusiyaya qarşı olacaq. Komandamız ayın 23-də İrlandiya, 26-da isə Rumıniya ilə üz-üzə gələcək

 

Qeyd edək ki, Rusiyada keçiriləcək elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.

Xəbər xətti