Millimizin sabiq üzvü futbola qayıtdı

13:56 - 27 Fevral 2019

Milli komandamızın sabiq futbolçusu Murad Ağakişiyev futbola qayıdıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu Region Liqa təmsilçisi "FC Baku"da çıxış edəcək. 2015-ci ildə "Kəpəz"dən ayrıldıqdan sonra həvəskar yarışlarda çıxış edən futbolçu paytaxt klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Qeyd edək ki, təcrübəli futbolçu "MKT Araz", "Qarabağ", "Karvan", "Turan Tovuz", "Neftçala" kimi klublarda çıxış edib. Ağakişiyev üç dəfə millimizin formasnını geyinib.

Xəbər xətti