"FC Baku"dan "Qəbələ" üzərində sürpriz qələbə

14:14 - 27 Fevral 2019

Premyer Liqanın növbəti turunda «Zirə»nin qonağı olacaq «Qəbələ» bu gün yoxlama görüşü keçirib.

 

Sportal.az xəbər verir ki, əyalət təmsilçisi Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında «FC Baku» ilə üz-üzə gəlib.

 

Maraqlıdı ki, bu qarşılaşma Region Liqasının iştirakçısının qələbəsiylə başa çatıb. Növbəti mövsümdən I Divizionda iştirak etməyi planlaşdıran paytaxt komandası əsas heyətlə meydana çıxan rəqibinə 2:0 hesabıyla qalib gəlib.

 

Paytaxt-Şimal zonası üzrə qrupun lideri olaraq pley-off mərhələsinə vəsiqə qazanan «FC Baku»nu Eltun Hüseynov və Murad Səttarlı sevindirib.

Xəbər xətti