Arif Əsədov milli komandada!

11:10 - 28 Fevral 2019

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin daha bir köməkçisi bəlli olub.

 

Sportal.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssisin yerli köməkçilərindən biri "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov olacaq. 48 yaşlı mütəxəssis federasiyanın təklifinə müsbət yanaşıb və anlaşma əldə edilib.

 

Nikola Yurçeviçin digər köməkçisi həmyerlisi Mario Tokiç olacaq. Bundan əlavə, Dmitri Kramarenko da yığmada qapıçılar üzrə məşqçi kimi qalıb.

Xəbər xətti