Şenol Günəş rəsmən Türkiyə millisində

14:19 - 28 Fevral 2019

Türkiyə millisi yeni baş məşqçisini rəsmən açıqlayıb.

 

Sportal.az xəbər verir ki, federasiya millini Şenol Günəşə tapşırdığını rəsmən açıqlayıb. 66 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, bu postda Mirça Luçeskunu əvəz edib.

 

Şenol Günəş daha öncə 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırıb. O, "ay-ulduzlular"a 2002-ci ildə dünya çempionatının bürünc mükafatını qazandırmışdı.

 

Qeyd edək ki, Şenol Günəş mövsümün sonunda "Beşiktaş"dan ayrılacaq.

Xəbər xətti