"Roma" İtaliya millisinin üzvünü transfer etdi

17:38 - 28 Fevral 2019

"Roma" "Atalanta"dan icarəyə götürdüyü Brian Kristantenin transfer hüququna sahib çıxıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "canavarlar" 23 yaşlı yarımmüdafiəçi üçün 15 milyon avrosundan keçib.


Qeyd edək ki, "Roma" ötən ilin yayında İtaliya millisinin üzvünü icarəyə götürmüşdü.

Xəbər xətti