Rəşad Sadıqov "Torpaqlarımız işğal olunub" dedi, efirə verilmədi – Rus kanalından qadağa

13:36 - 1 Mart 2019

Bir neçə gündür ölkə idman mətbuatında “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Rusiyanın “MATÇ” TV kanalına müsahibəsindən bir hissə yayımlanır. Orada R.Sadıqovun işğal olunmuş Qarabağ bölgəsi haqda danışdığı diqqət çəkir.

 

Bu videonu ilk olaraq “Qarabağ”ın rəsmi "Facebook" səhifəsi paylaşıb. Videoda diqqəti bir məqam çəkir. Bu görüntü peşəkar operator deyil, üçüncü bir şəxs tərəfdən mobil telefonla çəkilib. Ağdam klubunun səhifəsi də Sadıqovun işğal altındakı ərazilərimizlə bağlı fikrini Xocalı soqyırımının 27-ci ildönümü günündə paylaşıb.

 

Müsahibə özü ötən ilin oktyabrında, London “Arsanal”ı ilə Bakıdakı oyundan əvvəl götürülüb. Əslində, Rəşadın bu fikirləri Rusiya kanalında yayımlanmayıb. Ehtimal etmək olar ki, “Qarabağ”ın kapitanı Azərbaycan ərazilərinin işğal olunduğunu dediyi üçün efirə verilməyib (qol.az).

 

Rəşad Sadıqovun senzuraya qalan fikirlərinin videosu:

 

Xəbər xətti