"Sabah" Ekvador millisinin üzvüylə anlaşdı

12:14 - 2 Mart 2019

Premyer Liqanın debütantı "Sabah" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Ekvador millisinin üzvü Anibal Çala ilə razılıq əldə edib. Bu barədə adıçəkilən ölkənin "ecuavisa.com" saytı yazıb. Bildirilir ki, 22 yaşlı sol cinah müdafiəçisi artıq dünən Azərbaycana gəlib.

 

Çalanın son klubu "LDU Kito" olub. Keçən ildən Ekvador millisinə çağrılan futbolçu yığmada 2 oyun keçirib.

Xəbər xətti