Azərbaycan klubunun bazasında yanğın: ciddi ziyan dəydi

12:37 - 2 Mart 2019

"Vətən" Futbol Klubunun Binəqədi rayon, 7-ci mikrorayonda yerləşən bazasında yanğın baş verib.

 

Sportal.az xəbər verir ki, bu barədə "Het-trik news" qəzetinin baş redaktoru İlqar Tağıyev "facebook" hesabında paylaşıb. Yanğın qısaqapanmadan baş verib. Bazanın yarısı yanıb, otaqlara ciddi ziyan dəyib. Xoşbəxtlikdən insan itkisi baş verməyib. Bazada qalan uşaqları vaxtında təxliyə etmək mümkün olub. 10-a yaxın yanğınsöndürmə maşını hadisə yerinə cəlb edilib və yanğının qarşısı alınıb.

Xəbər xətti