Premyer Liqada ən gənc futbolçu ünvanı dəyişdi

Topaz Premyer Liqasının 2018/19 mövsümündə yeni rekord qeydə alınıb.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, “Səbail”in futbolçusu Ədilxan Qarəhmədov cari çempionatda meydana çıxan ən gənc futbolçu olub. “Sumqayıt”la XIX turun bu gün keçirilən matçının (0:0) gedişində zədə alan komanda yoldaşı Vüqar Bəybalayevi  əvəzləyən Ədilxan ölkə çempionatının yüksək dəstəsində debüt edib. Onun debütü 17 yaş 268 günlüyünə təsadüf edib.

 

Mövsümün yeni rekorduna imza atan futbolçu “Sabah”ın üzvü Şakir Seyidovun göstəricisini yeniləyib. XII turun “Qarabağ”la matçında debüt edən sonuncu meydana 17 yaş 326 günlüyündə çıxıb. 

 

Tarix: 3 Mart [15:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2019
26  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio