Rövnəq Abdullayev: "Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik"

11:11 - 4 Mart 2019

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti Hesabat Konfransı keçirilir.

 

Sportal.az xəbər verir ki, konfransda AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən ilin çıxışlarından danışıb:

 

“Futbolun inkişafına yönələn layihələr davam edir. Avropa Liqasının final oyununun Bakıda keçirilməsi sevindirici haldır. Uğurlarımız bununla bitmir. U-19 millimiz Avropa çempionatının elit-raundunda uğurlu çıxış etdi, həmçinin, “Qarabağ” çıxışını davam etdirdi. Təəssüflər olsun ki, milli komandamız Millətlər Liqasında uğurlu çıxış edə bilmədi. AFFA-nın qərarı ilə baş məşqçimizi dəyişdik. Baş məşqçimiz Nikola Yurçeviçə işində uğurlar arzu edirəm”.

 

Abdullayev millinin hədəfini açıqlayıb: “Millimizi çətin sınaq gözləyir. Komandamıza uğurlar arzu edirik. Avropa çempionatında ilk oyunumuzu Xorvatiyaya qarşı keçirəcəyik. Ümid edirəm ki, ötən ilki uğursuzluqları təkrarlamayacağıq. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Çətin olsa da, şanslarımız var. Komandamıza uğurlar arzu edirəm”.

Xəbər xətti