Azərbaycan klublarının UEFA-dan əldə etdiyi illik qazanc açıqlandı

12:15 - 4 Mart 2019

UEFA tərəfindən 2018-ci ildə Azərbaycan klublarına ayrılan vəsaitin məbləği müəyyənləşib.

 

Sportal.az saytının məlumatına görə, AFFA-nın bu gün keçirilən Hesabat Konfransında maliyyə vəsaitinin 18 milyon 171 min 676 manat təşkil etdiyi açıqlanıb.

 

UEFA-dan ən böyük qazanc əldə edən klub “Qarabağ” olub - 12 milyon 183 min 93 manat. "Qəbələ" 1 milyon 658 min 486, “Neftçi” 1 milyon 422 min 616 manat, "Zirə" 1 milyon 505 min, “Səbail” 953 min 688 manat və "Sumqayıt" 953 min 488 min manat əldə edib.

Xəbər xətti