Samir Abasovdan sərt qərar: iki futbolçunu əvəzedicilərə göndərdi

14:36 - 4 Mart 2019

I Divizionun 15-ci turunda təxirə salınmış matçında "Zirə-2" "Qarabağ-2"nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "Zirə-2"nin start heyətində əsas komandanın iki üzvü start heyətində yer alıb. Bunlar hücumçu Pərdis Fərcad-Azadla, serbiyalı müdafiəçi Miloş Radivoyeviçdir. Hər iki oyunçu əsas komandanın baş məşqçisi Samir Abasovun qərarına əsasən, divizionun matçına göndərilib.

 

Qeyd edək ki, Samir Abasov Pərdi Fərcad-Azadın planlarında olmadığını söyləyib. 28 yaşlı sol cinah müdafiəçisi olan Miloş Radivoyeviçin "Zirə" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Pərdis Fərcad-Azadın da sözləşməsi mövsümün sonuna kimidir.

Xəbər xətti