Dos Santos klubsuz qaldı

17:55 - 4 Mart 2019

Meksika millisinin üzvü Covani dos Santos ABŞ-ın "Los-Ancesles Qalaksi" klubundan ayrılıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, dos Santos "Barselona"nın yetirməsidir və peşəkar karyerasına da məhz bu klubda başlayıb. O, "Tottenhem", "İpsviç", "Qalatasaray", "Rasinq", "Malyorka", "Vilyarreal" kimi klublarda çıxış edib. Meksikalı futbolçu 2015-ci ildən MLS təmsilçisində oynayırdı.

Xəbər xətti