Mustafa Dənizli xəstəxanaya yerləşdirildi

00:57 - 5 Mart 2019

Türkiyənin "Kasımpaşa" klubunun baş məşqçisi Mustafa Dənizli xəstəxanaya yerləşdirilib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün Super Liqada "Trabzonspor"la matç zamanı özünü pis hiss edib. Oyunun fasiləsində xəstəxanaya yerləşdirilən Dənizlinin vəziyyəti hazırda yaxşıdır. O, tezliklə evə buraxılacaq.

 

Təzyiqi yüksələn Dənizlinin əvəzinə fasilədən sonra komandanı oyuna onun köməkçisi Sarp Yigit çıxarıb.

 

Qeyd edək ki, "Kasımpaşa"- "Trabzonsöpr" matçı 2:2 hesabı ilə başa çatıb.

Xəbər xətti