Ramil Şeydayev rəmzi heyətdə FOTO

10:32 - 5 Mart 2019

Rusiya Premyer Liqasında 18-ci turun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, sportsdaily.ru saytı hesabat turunun ən yaxşı 11-liyini müəyyənləşdirib.

 

Moskvada "Lokomotiv"lə matçda "Krılya Sovetov"u məğlubiyyətdən xilas edən və komandasına 1 xal qazandıran qolun müəllifi olan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də simvolik heyətdə yer alıb. 22 yaşlı forvard 52 faizlik uğurlu reytinqlə turun ən yaxşı iki hücumçusundan biri olub. Nəşr Ramilin oyununu belə dəyərləndirib:

 

"Zenit"in yetirməsi Samara təmsilçisini hesab 1:2 olarkən məğlubiyyətdən xilas etdi. Şeydayev topu öz meydanları tərəfdən qəbul edərək, "dəmiryolçular"ın iki müdafiəçisindən yayındı, Qilyermenin qoruduğu yaxın küncü dəqiq nişan aldı. Oyunda 52 faiz hücumlarda uğurlu oynadı və qapıya iki zərbə endirdi. Şeydayev baş məşqçi Miodraq Majiçin şansından istifadə etdi".

 

Qeyd edək ki, "Lokomotiv" - "Krılya Sovetov" oyunu 2:2 hesabı ilə başa çatıb.

 

Xəbər xətti