Hamza Hamzaoğlu yenidən Super Liqada

10:58 - 5 Mart 2019

Türkiyənin “Ərzurumspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Super Liqanın debütantı Hamza Hamzaoğluna həvalə edilib. 49 yaşlı mütəxəssis bu postda Mehmet Özdileki əvəz edib.

 

Hamza Hamzaoğlu "Akhisar", "Qalatasaray", "Bursaspor", "Osmanlıspor" kimi klubları çalışdırıb. O, son olaraq, ötən mövsüm "Antalyaspor"un "sükanı arxası"nda olub.

 

Qeyd edək ki, “Ərzurumspor” Super Liqanın turnir cədvəlində 22 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti