AFFA-dan "Neftçi"yə 1000 manatlıq cərimə

13:26 - 5 Mart 2019

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Neftçi” – “Sabah” matçında  “Neftçi”inin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Oyunun 84-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Xəbər xətti