AFFA I Divizion klublarını cərimələdi

13:51 - 5 Mart 2019

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan I Divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

 

I Divizionun XVII turunun “Qarabağ-2” – “Sumqayıt-2” matçında “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I Divizionun XVII turunun “Ağsu” – “Səbail-2” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 36-cı dəqiqəsində “Ağsu” klubunun 3 №-li futbolçusu Fərrux Rəhimov  hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır klub 320 manat cərimə olunur.

 

Oyunun 38-ci dəqiqəsində “Ağsu” klubunun 6 №-li futbolçusu Sahib Cümşüdov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

“Səbail-2” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunur.

 

“Ağsu” klubu matçın təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 400 manat cərimə olunur.

 

I Divizionun XVII turunun “Qaradağ Lökbatan” – “Kəpəz” matçında “Qaradağ Lökbatan” klubunun səhlənkarlığı ucbatından ikinci hissə  3 dəqiqə gec başladığına görə klub 240 manat cərimə olunur.

 

I Divizionun XVII turunun “MOİK” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I Divizionun XVII turunun “Keşlə-2” – “Sabah-2” matçının 85-ci dəqiqəsində “Sabah-2” klubunun 69 №-li futbolçusu Zeynalov Tahir kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

Oyunun 90+6-cı dəqiqəsində “Keşlə-2” klubunun 44 №-li futbolçusu Vüqar Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

I Divizionun XVII turunun “Zaqatala” – “Turan Tovuz” matçında “Turan Tovuz” və “Zaqatala” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

 

Oyunun 90+5-ci dəqiqəsində “Turan Tovuz” klubunun 13 №-li futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XV turunun təxirə salınmış oyunu olan “Qarabağ-2” – “Zirə-2” matçının 78-ci dəqiqəsində “Qarabağ-2” klubunun 33 №-li futbolçusu Hüseyn Novruzov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Xəbər xətti