"Beşiktaş" fanatları Ağcabədidə xeyriyyə aksiyası keçiriblər FOTOLAR

14:50 - 5 Mart 2019

"Beşiktaş"ın Azərbaycandakı azarkeşləri növbəti xeyriyyə aksiyasında məktəbliləri sevindirib.

 

Son olaraq, Ağdam rayonunun cəbhəyanı kəndlərinə səfər edərək oradakı məktəblilərə həddiyələr aparan azərbaycanlı azarkeşlərin növbəti ünvanı Ağcabədi olub. İstanbul klubunun fanatları Mişni kənd tam orta məktəbində şagirdlərlə görüşüblər. 

 

"Kənd məktəblərinə yardım" devizi altında keçirilən səfər zamanı uşaqlara müxtəlif məktəb ləvazimatları və kitablar, "Beşiktaş"ın simvolları həkk olunmuş formalar, şərflər və papaqlar həddiyə olunub. Gələcəkdə belə xeyriyyə aksiyalarının Azərbaycanın digər bölgələrində keçirilməsi nəzərdə tutulub.

 

Xəbər xətti