AFFA-da danışılmış oyunlarla bağlı görüş

AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.

 

Sportal.az xəbər verir ki, görüşdə UEFA nümayəndələri Graham Peaker və Massimilano Michenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Seymur Səlimli, AFFA-nın Hakimlər Komitəsinin əməkdaşları, Azərbaycan Premyer Liqası və I divizionda çıxış edən klubların nümayəndələri iştirak ediblər.

 

UEFA nümayəndələri xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıb və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.

Tarix: 5 Mart [16:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2019
24  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio