Şenol Günəşin millidə fəaliyyətə başlayacağı vaxt məlum oldu

16:45 - 5 Mart 2019

Türkiyə millisinin yeni baş məşqçisi Şenol Günəşin yığmada fəaliyyətə başlayacağı vaxt məlum olub.

 

Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis yığmanı AÇ-2020-nin seçmə mərhələsində Albaniya və Moldova milliləriylə görüşə çıxaracaq. Daha öncə Şenol Günəşin millidə iyun ayında fəaliyyətə başlayacağı açıqlansa da, o mart ayında keçiriləcək oyunlarda yığmanın "sükanı arxası"nda olacaq.

 

Qeyd edək ki, Şenol Günəş federasiya ilə 4 illik müqavilə imzalayıb.

Xəbər xətti