Millimizin sabiq futbolçuları futtenis üzrə beynəlxalq turnirin qalibi olublar FOTOLAR

Martın 4-də Bakıda keçirilən futtennis üzrə ikinci beynəlxalq turnirin qalibləri müəyyənləşib. SİA-nın məlumatına görə, dairəvi sistem üzrə keçirilən turnirin baş mükafatına Azərbaycanın ASTA komandası sahib olub. Sözügedən klubda millimizin sabiq üzvləri - Ramazan Abasovla Saşa Yunusoğlu çıxış edib. Digər komandamız “Marafon” yarışı ikinci, İran kollektivi isə üçüncü pillədə başa vurub.

 

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Futnet Federasiyasının birinci vitse-prezidenti Aydın Hüseynov ölkəmizdə idmana göstərilən dövlət qayğısı və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə danışıb. O, futtennis üzrə ikinci beynəlxalq turnirin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini, yarışa böyük marağın olduğunu diqqətə çatdırıb.

 

Əvvəlcə turnirin ən yaxşı oyunçusu - İran komandasından Cəmil Kor, ən yaxşı oyunçu-məşqi - ASTA-dan Saşa Yunusoğlu, ən gənc oyunçu - Gürcüstan kollektivindən Anri Qurabadze mükafatlandırılıb.

 

Daha sonra turniri yüksək səviyyədə işıqlandırdığına görə media nümayəndələrinə təşəkkürnamə təqdim edilib. SİA-nın əməkdaşı Elgün Vidadioğlu da mükafatçılar sırasında olub.

 

Sonda qalib komandalara medallar, qiymətli hədiyyələr və kubok təqdim olunub.

 

Turnirdə 4 Azərbaycan komandası ilə yanaşı, Rusiya, Gürcüstan və İran kollektivləri də birincilik uğrunda mübarizə aparıblar.

 

Beynəlxalq turniri izləyənlər arasında Beynəlxalq Tələbə Futbolu İttifaqının baş direktoru Andrey Stukalov, Ümumrusiya Həvəskar Futbol Liqasının prezidenti Maksim Simonov və Azərbaycan Futnet Federasiyanın rəhbərliyi də olub.

 

Tarix: 5 Mart [17:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Mart 2019
24  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio