Neymar: "Partiyə getmək istəsəm, gedərəm"

18:38 - 5 Mart 2019

Zədə səbəbindən iki aya yaxındır ki, futbol oynamayan PSJ-nin ulduzu Neymar qatıldığı partilərə görə tənqidlərə məruz qalır.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü şəxsi həyatına görə onu tənqid edənlərə cavab verib:

 

"Əgər partiyə getmək istəsəm, gedərəm. Sabahı düşünərək addım atıram. Oyundan bir gün əvvəl onsuz da harasa getmirik. Onsuz da meydanda yaxşıyam. Meydandan kənar olunan tənqidlərə yalnız gülürəm. Haqqımda deyilənlərlə razı deyiləm".

Xəbər xətti