Buffondan transfer etirafı

19:49 - 5 Mart 2019

Fransanın PSJ klubunun qapıçısı Canluici Buffon açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı qolkiper "Parma"da oynadığı dönəm "Mançester Yunayted"dən təklif aldığını etiraf edib: "Parma"da çıxış edərkən Ser Aleks Ferqyusson 2-3 il məni yaxından izləmişdi. Oyunlarıma adam göndərirdi, məni izləyirdilər. Ancaq "Parma" mənim dünyam idi və ayrılmaq istəmədim. "Mançester Siti"yə böyük pullar yatırılanda çox böyük təklif alsam da, "Yuventus"da qalmağa qərar verdim".

 

Qeyd edək ki, Buffon 1991-2001-ci illərdə "Parma"da çıxış edib. O, 2018-ci ilin yayında "Yuventus"dan PSJ-yə keçib.

Xəbər xətti