"Mançester Yunayted"lə "Portu" 1/4 finalda

02:43 - 7 Mart 2019

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, PSJ doğma meydanda ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi "Mançester Yunayted"i qəbul edib. Qonaqlar sözügedən matçda 3:1 hesabı ilə qalib gəlib. Ümumi hesab 3:3 olsa da, səfərdə vurulan qolla "Mançester Yunayted" 1/4 finala yüksəlib.

 

Digər qarşılaşmada isə "Roma" səfərdə ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi "Portu"nun qonağı olub. Oyunun əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Əlavə vaxta "Portu" daha bir qol vurub və 1/4 finala yüksəlib. 

 

Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunları

7 mart

 

"Portu" - "Roma" - 3:1
Qollar:
Tikinyo, 26, Mussa Mareqa, 52, Aleks Telles, 117 (pen.) - Daniele de Rossi, 37 (pen.)

İlk oyun - 1:2

 

PSJ - "Mançester Yunayted" - 1:3

Qollar: Xuan Bernat, 12 - Romelu Lukaku, 2, 30, Markus Reşford, 90+4 (pen.)
İlk oyun - 2:0

Xəbər xətti