PSJ-nin 100 milyon avroluq transfer planı

16:30 - 6 Mart 2019

Fransanın PSJ klubu yay transfer pəncərəsinin planlarını cızır.

 

Sportal.az xəbər verir ki, mövsümün sonunda klubdan ayrılacaq Adrien Rabyonun əvəzinə "Latsio"nun yarımmüdafiəçisi Sergey Milnkoviç-Saviçi transfer hədəfinə alıb. Fransa mətbuatının məlumatına görə, paytaxt klubu Serbiya millisinin üzvü üçün 100 milyon avrosundan keçməyə hazırdır.

 

"Latsio" ilə 2023-cü ilə qədər müqaviləsi olan 24 yaşlı futbolçu cari mövsüm 30 oyuna 4 qol vurub, 2 assist edib.

Xəbər xətti