"Beşiktaş" 7 futbolçu ilə yolları ayıracaq

18:31 - 6 Mart 2019

Türkiyənin "Beşiktaş" klubu yayda heyətində ciddi dəyişikliklər edəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu 7 legioner futbolçusu ilə yolları ayıracaq. Domoqoy Vida üçün "Roma"nın etdiyi 10 milyon avroluq təklif qəbul ediləcək. Ondan başqa Qari Medelin də müəyyən məbləğə satılması gözlənilir.

 

İstanbul klubunda, həmçinin, Atiba Hatçinson, Adriano, Kayl Larin, Jermen Lens və Enzo Roko da yola salınacaq.

 

Xəbər xətti