"Mançester Yunayted" Parisdə inanılmazı gerçəkləşdirdi VİDEO

02:01 - 7 Mart 2019

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, PSJ doğma meydanda ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi "Mançester Yunayted"i qəbul edib. Qonaqlar sözügedən matçda 3:1 hesabı ilə qalib gəlib. Ümumi hesab 3:3 olsa da, səfərdə vurulan qolla "Mançester Yunayted" 1/4 finala yüksəlib.

 

PSJ - "Mançester Yunayted" - 1:3

Qol: Xuan Bernat, 12 - Romelu Lukaku, 2, 30, Markus Reşford, 90+4 (pen.)
İlk oyun - 2:0

 

 

 

Xəbər xətti