"Keşlə" "ASK Arena"dan imtina etdi

12:25 - 7 Mart 2019

Yararsız vəziyyətə düşən "ASK Arena"nın süni ot örtüyü futbolçular üçün əsl cəhənnəmdir.

 

Sportal.az xəbər verir ki, "Keşlə"nin ev oyunlarını keçirdiyi süni örtüklü meydanda məşq etmək belə təhlükəlidir. Paytaxt klubunun rəhbərliyi baş məşqçi Tərlan Əhmədovun tələbiylə futbolçuların normal hazırlaşması üçün şərait yaradıb. "Ağ-qırmızılar" bundan sonra "ASK Arena"da məşq etməyəcək. "Keşlə"nin futbolçuları Premyer Liqanın 20-ci turu çərçivəsində "Sabah"la ev oyununa "Neftçi"nin bazasında hazırlaşır.

 

Qeyd edək ki, "Keşlə" - "Sabah" oyunu martın 9-da baş tutacaq.

Xəbər xətti