Miçel "Qarabağ"ı sevindirdi

14:20 - 7 Mart 2019

“Qarabağ” Azərbaycan Premyer Liqasının 20-ci turunda "Zirə"ni qəbul edəcək.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Miçel zədəsini sağaldıb. Məlumatda qeyd edilib ki, ispan yarımmüdafiəçi komanda ilə birgə məşqlərə başlayıb.

 

Miçel "Qarabağ"ın Antalya toplanışından zədəli qayıtmışdı.33 yaşlı futbolçu qış fasiləsindən sonra Premyer Liqada oyun keçirməyib.

 

"Qarabağ" - "Zirə" oyunu martın 9-da başlayacaq.

Xəbər xətti