Mahir Mədətov AEK-dən təklif aldığını təsdiqlədi: "Klubuma və agentimə güvənirəm"

14:52 - 7 Mart 2019

"Qarabağ"ın futbolçusu Mahir Mədətov adının Yunanıstanın AEK klubu ilə hallanmasına münasibət bildirib. 

 

Sportal.az xəbər verir ki, 21 yaşlı vinger "azerisport"a açıqlamasında Afina təmsilçisindən təklif aldığını təsdiq edib:

 

“Bəli, mənə belə təklif var idi. Bu, doğrudur. Amma indi bu haqda düşünmürəm. Mövsümün ən qızğın vaxtıdır. Üstəlik, oyunlar da gərgin keçir. Bu vaxtlarda futbolçuya belə şeyləri xəbər etmirlər ki, oyunlara hazırlaşmaqda problem yaşamasın. Bu, Qurban Qurbanovun təlimatıdır və haqlıdır. Mən öz klubuma və agentimə güvənirəm. Onlar mənim üçün ən yaxşısını istəyir. Onlar nə desələr, o cür də olacaq”.

 

Mahir Mədətov bu mövsüm 34 oyunda iştirak edib və 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

AEK son Yunanıstan çempionudu. Komanda hazırda davam edən mövsümdə 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti