Ansi Aqolli ABŞ klubunda

13:22 - 8 Mart 2019

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli karyerasını ABŞ-da davam etdirəcək.

 

Sportal.az "SportNews"a istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi "Nyu-York Kosmos" klubu ilə danışıqlar aparıb və transferin detallarında anlaşma əldə edib. Yaxın günlərdə Aqolli ABŞ klubu ilə rəsmi müqavilə bağlayacaq. Aqolli həyat yoldaşının Amerikada yaşadığı üçün belə bir təklifə müsbət yanaşıb.

 

"Nyu-York Kosmos" Şimali Futbol Liqasında mübarizə aparır (II Liqa).

 

Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Xəbər xətti