Ranyeri "Roma"nın baş məşqçisi təyin ediləcək

18:31 - 8 Mart 2019

Eusebio Di Françesko ilə yolları ayıran "Roma"nın yeni baş məşqçisi bəlli olmaq üzrədir.

 

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, paytaxt klubunu Klaudio Ranyer çalışdıracaq. İtaliyalı mütəxəssis Romadadır və klub rəhbərliyi ilə görüşəcək. 67 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, Ranyeri bir müddət əvvəl İngiltərənin "Fulhem" klubundan istefaya göndərilib.

Xəbər xətti