"Neftçi"nin sabiq qapıçısı məşqçi oldu

18:57 - 8 Mart 2019

"Neftçi"nin sabiq qolkiperi Boban Baykoviç məşqçilik karyerasına start verib.

 

Sportal.az xəbər verir ki, karyerasını "Neftçi"də bitirən serbiyalı qapıçı ölkəsinin U-21 millisində məşqçi işləyəcək.  O, qapıçı-məşçi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, Baykoviç 2017-ci ilin yanvarında "Neftçi"yə keçmişdi və mövsümün sonunda "ağ-qaralar"dan ayrılmışdı.

Xəbər xətti