Sabiq "Kəpəz"li "Şahdağ"a keçdi

12:45 - 9 Mart 2019

Region Liqasında mübarizə aparan “Şahdağ” heyətini yeni futbolçularla gücləndirib.

 

Sportal.az xəbər verir ki, Qusar təmsilçisi vaxtilə Azərbaycan Premyer Liqasında, 1-ci divizionda çıxış etmiş Elvin Həsənəliyevi heyətinə qatıb. Karyerası ərzində “Kəpəz”, “Rəvan”, “Sumqayıt” və AZAL klublarının formasını geyinən Elvinin ən son iş yeri Region Liqasında mübarizə aparan “FC Baku” olub.

 

Bundan əlavə, ökəmizdə “Neftçala”, “Rəvan”, “Sumqayıt”, “Kəpəz” kimi klublarda çıxış etmiş Ceyhun Cavadov da bundan sonra “Şahdağ”ın uğurları üçün çalışacaq.

Xəbər xətti