Ramil Şeydayev: "Qol vurmağa davam edəcəm" MÜSAHİBƏ

19:59 - 9 Mart 2019

Rusiya Premyer Liqasının 19-cu turunda millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" evdə "Yenisey"i 4:0 hesabı ilə darmadağın edib.

 

Sportal.az xəbər verir ki, oyuna 80-ci dəqiqədə daxil olan Şeydayev 81-ci dəqiqədə komandasının sonuncu qolunun müəllifi olub. 22 yaşlı hücumçu matçdan sonra fikirlərini bölüşüb:

 

- Ümid edirəm ki, cəsarətlənmişəm və qol vurmağa davam edəcəm. Bu gün qol vurduğuma və qələbə qazandığımıza görə çox sevinirəm. İndi çempionat oyunları bir qədər rahat olacaq, çünki artıq komanda özünə güvənir. İki oyuna 4 xal toplamışıq. Hər şey daha yaxşı olacaq.


- Vurduğunuz qol barədə fikirləriniz necədir?

- Top qapı tirindəndən geri döndü və qarşıma gəldi. Təbii ki, Samadziç qol vura bilərdi. Lakin belə şeylər də olur.

 

- Moskvada "Lokomotiv"lə oyundakı parlaq performansdan sonra bu gün ehtiyatda başlamağınız sizi üzmədi?
- Xeyr, bu baş məşqçinin qərarıdır. Buna hörmət etməliyik. Önəmli odur ki, üzülməyəsən və çalışmaqda davam edəsən!

 

- "Krılya Sovetov" bir ailə kimidir?
- Meydanda baş verən hadisələr paltardəyişmə otağındakı ab-havaya birbaşa təsir edir. Komandamızda gözəl atmosfer var və yaxşı futbol oynayırıq.

 

- "Krılya Sovetov" hazırda 13-cü yerdə qərarlaşıb. İlk 8-likdə qərarlaşmaq mümkün görünür?
- Görəcəyik. Oyundan oyuna düşünməliyik. Onsuz da 4 xal qazandıq. İndi "Anji"ni də məğlub etmək lazımdır. Hər oyunda qalib gəlməliyik. Mövsümün sonunda ilk 8-likdə olub-olmayacağımızı görəcəyik.

Xəbər xətti