Emil Balayev debütündən danışdı: "Belə atmosferdə oynamaq möhtəşəm idi"

02:31 - 10 Mart 2019

Qazaxıstan Premyer Liqasında yeni mövsümə start verilib. Millimizin qolkiperi Emil Balayevin çıxış etdiyi "Tobol" klubu evdə "İrtış"a 3:0 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, sözügedən oyunda rəsmi debüt edən Balayev klubun saytına açıqlama verib. 24 yaşlı əlcək sahibi debütündən danışıb:

 

"Mövsümün açılışı idi. Çempionata çox ciddi hazırlaşmışdıq. 3:0 hesablı qələbə qazansaq da, oyunun olduqca ağır keçdiyini düşünürəm. Uşaqlar baş məşqçinin tapşırığını qüsursuz yerinə yetirməyə çalışdı. Bundan əlavə, komandanın azarkeşlərin möhtəşəm dəstəyini hiss etdiyini söyləmək istəyirəm. Belə atmosferdə oynamaq möhtəşəm idi. Azarkeşlərin bizi daha çox dəstəkləyəciyini ümid edirik".

Xəbər xətti