Əliyar Ağayevdən iki penalti, bir qırmızı vərəqə VİDEO

00:06 - 11 Mart 2019

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqasının 24-cü turunda keçirilən PAOK - "Atromitos" görüşünü idarə edib.

 

Sportal.az xəbər verir ki, "Tumba" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. Əliyar Ağayev 16-cı dəqiqədə qonaqların qapısına penalti təyin edib, lakin ağ nöqtəyə yaxınlaşan Vyerinya qapıçını məyus edə bilməyib. Ağayev 45+3-cü dəqiqədə də qonaqların qapısına penalti təyin edib. Bu dəfə topa Bisesvar yaxınlaşıb və dəqiq oynayıb.

 

31 yaşlı referi meydan sahiblərindən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrikeni sarı vərəqə ilə cəzalandırıb. Qonaqlarda isə 2 futbolçu xəbərdarlıqla üzləşib. Bruno isə iki dəfə sarı vərəqə almaqla meydandan qovulub.

 

Xəbər xətti