Şehiç üç penaltidən birini dəf etdi VİDEO

01:20 - 11 Mart 2019

Türkiyə Super Liqasında 25-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın sabiq qolkiperi İbrahim Şehiçin formasını geyindiyi "Ərzurumspor" səfərdə "Alanyaspor"la qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Qarşılaşmada qonaqların qapısına 3 dəfə penalti təyin edilib. Bunlardan biri qolla nəticələnib. Digər penaltini isə İbrahim Şehiç dəf edib. Sonuncu penaltidə isə top çərçivədən aralı keçib.

 

Super Liqada turnir cədvəlinə 57 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 46 xalla 2-ci, "Beşiktaş" 44 xalla 3-cü, "Trabzonspor" 40 xalla 4-cüdür. "Alanyaspor" 34 xalla 8-ci, "Ərzurumspor" 22 xalla 17-ci sırada qərarlaşıb.

 

"Alanyaspor" - "Ərzurumspor" - 2:1
Qollar
: Pappis Sisse, 45+1, Vellinton, 59 (pen.) - Jil Sono, 77 (pen.)
Qeyri-dəqiq penaltilər: Pappis Sisse, 50, 90+4

 

 

 

Xəbər xətti