Şenol Günəş Kariusdan narazılıq etdi

11:23 - 11 Mart 2019

Tükiyə Super Liqasının 25-ci turunda "Konyaspor"u 3:2 hesabı ilə məğlub edən "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 66 yaşlı mütəxəssis qapıçı Loris Kariusdan məmnun olmadığını bildirib: "Tolqa Zəngin olsaydı, onu oynadardım. O, bizimlə məşq etmir. Karius istedadlıdır, ancaq alınmır, indiyə qədər sabitlik yaxalamadı. Kariusun elektriki, həyəcanı donub. Komandaya aid ola bilmir. Təbii ki, mənim də səhvlərim var. Mövsümü bu və digərləri ilə başa vurmalıyıq".

 

Qeyd edək ki, "Beşiktaş" alman qapıçını mövsümün əvvəlində "Liverpul"dan iki illik icarəyə götürüb.

Xəbər xətti